Qədim, şanlı tarixə
malik Azərbaycan XX əsrin əvvəlində
əldə edib cəmi
23 ay yaşada bildiyi müstəqilliyi
əsrin sonunda yenidən
bərpa etdi. Bu illər
Azərbaycan tarixinin son dərəcə ağır,
keşməkeşli, ölkənin ciddi sınaqlara
məruz qaldığı bir dövr
idi. Sosializm rejiminin süqutundan
sonra müstəqillik əldə
etmiş respublikalardan biri
kimi Azərbaycanda da
müxtəlif siyasi partiyalar
və digər qurumlar
təşəkkül tapmağa başlamışdı.
Azərbaycanda siyasi qurumların
formalaşması prosesi 1988-ci
ildən başlanan xalq hərəkatı gedişində
özünü büruzə vermiş
və 1990-cı ilin əvvəllərində bir
sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan
partiya və təşkilatlar
ölkəni düşdüyü ağır
iqtisadi, siyasi, mənəvi
böhrandan qurtara bilmədi, əksinə, hakimiyyətdə
olan və bir-birini
əvəz edən siyasi
qüvvələr respublikadakı vəziyyəti
daha da ağırlaşdıraraq təhlükəli
böhran vəziyyətinə çatdırdılar.
Ölkəni bürümüş dərin
siyasi, sosial, iqtisadi
böhran xalqı son dərəcə narahat
edirdi. Məhz belə bir vaxtda-16
oktyabr 1992-ci ildə 91
nəfər Azərbaycan ziyalısının
imzası ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
sədrlik edən Heydər
Əliyevə müraciət göndərildi. Bu müraciət
əslində bütövlükdə neçə
illər ərzində Azərbaycan
xalqının,eləcə də biz
xocalıların ürəyində olan arzu və istəklərini ifadə
edirdi. Biz bunun bariz
təzahürünü blokada şəraitində
Xocalı rayonuna rəhbərlik
etmiş Elman Məmmədovun
1991-ci il sentyabrın
30-da Naxçıvana gedərək
Heydər Əliyevlə görüşməsində
və Xocalı faciəsi
zamanı ziyalı Şükür
Bəşirovun müraciətində görürük. Beləliklə, mühüm tarixi
sənəd olan “91-lər”in müraciətində Azərbaycanın
taleyini düşünən insanlar
ölkəni böhrandan
çıxara biləcək yeni
bir partiya yaratmaq
təşəbbüsü ilə çıxış
etdilər və bu məqsədlə xalqın
müdrik oğlu Heydər Əliyevin
ətrafında sıx birləşdilər.
Azərbaycanın düşdüyü
durumu nəzərə alan
dahi şəxsiyyət xalqın
müraciətini qəbul etdi
və 24 oktyabr
1992-ci ildə bu
müraciəti müsbət cavablandırdı. O zamankı hakimiyyətin
maneçilikləri ucbatından partiya
yaratmaq istəyən insanların
bir hissəsi Naxçıvana
gedərək 21 noyabr
1992-ci ildə partiyanın
təsis konfaransını keçirdilər
və dahi şəxsiyyət
Heydər Əliyevi yekdilliklə
Yeni Azərbaycan Partiyasının
sədri seçdilər. Bundan sonra
partiyanın proqram və nizamnaməsi ilə tanış olan insanların
Yeni Azərbaycan Partiyası sıralarına
axını başlandı və
partiyanın sıraları getdikcə
genişləndi. Yeni Azərbaycan Partiyasının sədri Heydər
Əliyevin 1993-cü ilin
oktyabrında prezident seçiməsi
ilə partiyanın həyatında
yeni dövrün əsası
qoyulmuşdur. Adı Azərbaycanın XX əsr tarixinə
xilaskarlıq missiyası ilə
qızıl hərflərlə həkk
olunmuş Ulu Öndər
Heydər Əliyev xalqın
gücünə, potensialına arxalanaraq qısa müddət
ərzində ölkəni
xaos və anarxiyadan
qurtardı. Ulu Öndərin uzaqgörən
və məqsədyönlü siyasəti
nəticəsində ölkənin bütün
sahələrinin dinamik inkişafı
uğurla təmin olundu.
Ölkənin çiçəklənməsini, dinamik inkişafını uğurla təmin
edən Ulu Öndər
Heydər Əliyev siyasətinin
mərkəzində hər zaman
Azərbaycan torpaqlarının 20%-nin
Ermənistan tərəfindən işğalı
məsələsi dayanmışdır. Yeni Azərbaycan Partiyasının proqramında Azərbaycan
torpaqlarının işğaldan azad
olunmasının vacibliyi xüsusi prinsip şəklində
əks olunmuşdur. Həm
Ümummili lider Heydər
Əliyevin, həm də müdrik
və uzaqgörən siyasətçi
İlham Əliyevin ölkə
daxilində, Beynəlxalq Təşkilatlarda,
xarici dövlətlərdə, hətta
aidiyyatı olmayan tədbirlərdə
belə çıxışları zamanı
Azərbaycan torpaqlarının işğalı
faktı hər zaman
prioritet məsələ olmuşdur. Bu
illər ərzində aparılmış uzaqgörən və məqsədyönlü siyasət
nəticəsində dünya dövlətləri,
Beynəlxalq Təşkilatlar Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalını pisləmiş, müvafiq normativ-hüquqi sənədlər
qəbul etmişlər. Bu istiqamətdə
addım-addım aparılan uzaqgörən və
məqsədyönlü siyasət 2020-ci
il sentyabrın 27-də
başlayıb Azərbaycanın parlaq
qələbəsi ilə başa
çatan 44 günlük
Vətən Müharibəsində öz bəhrəsini verdi. Belə
ki, ermənipərəst dövlətlər üzv
olduqları Beynəlxalq
Təşkilatların vaxtilə qəbul
elədiyi qətnamələrə zidd
gedib Azərbaycanı haqq
mübarizəsindən dayandıra bilmədi. Azərbaycanın tarixi
qələbəsi təcavüzkar siyasət
yürüdən Ermənistanın Azərbaycana,
qonşu dövlətlərə, xüsusən
Türkiyəyə olan əsassız
torpaq iddialarının sonunun
iflasa uğramasını bütün
dünyaya, ermənilərin havadarlarına
göstərdi. Yəqin ki, Dəmir Yumruğun
başını əzdiyi, əsrlər boyu təcavüzkar
siyasət yürüdən Ermənistan
bir də separatçı
xülyalara düşməyəcək. Azərbaycan
öz torpaqlarını işğaldan
azad etməklə həm də Ermənistanın
nasizm ideologiyasını yerində
boğaraq mütərəqqi siyasət
yürüdən dünya dövlətlərini
gələcək təhlükələrdən xilas
etmiş oldu.
Bütün bu
göstərilənlərə iqtidar partiyası
olaraq Yeni Azərbaycan
Partiyası öz proqram
və nizamnaməsində göstərilənləri reallığa
çevirməklə nail olmuşdur. Azərbaycanın Vətən
Müharibəsində əldə etdiyi tarixi
Zəfər əsrlər boyu
itirdiklərimizin artıq sona
yetdiyini bir daha dünyaya
nümayiş etdirdi. Yeni Azərbaycan
Partiyasının fəaliyyəti gənc, müstəqil Azərbaycanın
müstəqillik yaşı əsrlərlə
ölçülən ölkələrlə eyni
cərgədə qərarlaşmasına gətirib
çıxarmışdır. Bu partiya dünənin
partiyası kimi Azərbaycanı
məhv olmaqdan qorudu,
bu günün partiyası
kimi ölkəmizin dinamik
inkişafını uğurla təmin
edir, gələcəyin partiyası
kimi Azərbaycanı daha
xoş gələcəyə aparacaq.
Nəcəf
Həsənov, Yeni Azərbaycan
Partyasının üzvü, Xocalı
RTŞ-nin aparıcı məsləhətçisi.